"Çelsi”nin və “Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba Joze Mourinyoya qarşı ittihamlar haqda danışıb. SİA xəbər verir ki, “Fənərbağça”nın baş məşqçisi daha əvvəl irqçilikdə ittiham olunub. İstanbul derbisində onun “Qalatasaray”ın ehtiyat oyunçularını nəzərdə tutaraq “meymun kimi tullandırlar” sözləri müzakirə mövzusu olub. “Qalatasaray” UEFA və FİFA-ya şikayət edəcəyinə söz verib. “Hörmətli “Qalatasaray” azarkeşləri, komandanızla necə fəxr etdiyinizi başa düşürəm. Derbi həmişə iki komanda arasındakı matçdan daha çox şeydir. Və Mourinyonun sözlərini eşitdim. Amma inanın ki, o, irqçi deyil. Mən onu 25 ildir ki, tanıyıram və bu müddət ərzində bir dəfə də olsun belə bir şeydən şübhələnmədim. Diqqətimizi futbola yönəldək! Mənim “atam” necə irqçi ola bilər? – Droqba sosial şəbəkədə yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə