"Əl-Nəssr" portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, yeni müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir. Qeyd edək ki, Ronaldu hazırkı müqaviləsinə əsasən 2025-ci ilin yayına qədər "Əl-Nəsr"də qalmalı idi. O, bu mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində 26 oyuna çıxıb, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə