Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada yenidən federasiya prezidenti seçilib
Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov yenidən Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
59 yaşlı funksioner seçkilərdə yeganə namizəd olub və konfransın 58 nümayəndəsi onun lehinə səs verib.
Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə