“Kəpəz” yeni futbolçu transfer edib

“Kəpəz” yeni futbolçu transfer edib

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, Gəncə təmsilçisi Trent Buhagiarı transfer edib. Yarımmüdafiəçi ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.

Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi Vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.

Bütün xəbərlər Facebook səhifəmizdə