Bu gün XIX tura iki oyunla yekun vurulacaq

Misli Premyer Liqasının XIX turuna bu gün keçiriləcək iki oyunla yekun vurulacaq. SİA xəbər verir ki, əvvəlcə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq.

Tovuz şəhər stadionunda keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 32 xalla 4-cü pillədə yer alıb. Sonuncu - 10-cu yerdə olan Gəncə klubunun 11 xalı var.

Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Sabah"ı qəbul edəcək. Start fiti saat 18:30-da səsləndiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. "Sabah" 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 17 xala malik "Neftçi" isə səkkizincidir.

Misli Premyer Liqası

III dövrə, XIX tur

19 yanvar

16:00. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kamran Bayramov, Əli Əliyev.

VAR: Rauf Cabbarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Asim Xudiyev.

Tovuz şəhər stadionu

18:30. “Neftçi” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.

VAR: Tural Qurbanov.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ömər Paşayev.

"Neftçi Arena".

Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə