Futbol üzrə İtaliya çempionatının XXI turunun Turində keçirilən matçında "Yuventus” ev oyununda "Milan”ı məğlub edib. SİA xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb. "Yuventus"un heyətindəa Samuel Mbanqula (59-cu dəqiqə) və Timoti Vea (64) fərqlənib. Komandalar tarixdə 308-ci duelinə çıxıb, "Yuventus" 115-ci qələbəsini qazanıb. "Milan" 102 dəfə güclü olub, 91 matç isə heç-heçə ilə bitib. Qeyd edək ki, 37 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Yuventus" İtaliya çempionatında cari mövsümdə məğlubiyyət yaşamayan yeganə komanda olaraq qalır. Komanda növbəti turda yanvarın 25-də səfərdə çempionatın lideri "Napoli" ilə qarşılaşacaq. "Milan" isə məğlubiyyətsizlik seriyasına son qoyub.
"Yuventus”la oyuna qədər milanlılar 5 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib. 20 oyundan sonra 31 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Milan" növbəti mərhələdə "Parma"nı qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə