“Bavariya” “Borussiya Münxenqladbax”a minimal hesabla qalib gəlib

“Bavariya” komandası Bundesliqanın 16-cı turunda səfərdə “Borussiya Münxenqladbax” ilə qarşılaşıb.

SİA xəbər verir ki, qarşılaşmada Münxen təmsilçisi minimal hesabla qalib gəlib - 1:0. Bundesliqanın 16-cı turu çərçivəsində keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Hoffenhaym” - “Volfsburq” - 0:1;

“Haydenhaym” - “Union Berlin - 2:0”;

“Frayburq” - “Holştayn Kiel” - 3:2;

“Maynz 05” - “Boxum 1848” - 2:0;

“St Pauli” - “Ayntraxt Frankurt” - 0:1.

Tura yanvarın 12-də keçiriləcək “Leyptsiq” - “Verder Bremen” və “Auqsburq” - “Ştutqart” görüşləri ilə yekun vurulacaq. Xatırladaq ki, tura ötən gün “Borussiya Dortmund” – “Bayer Leverkuzen” görüşü ilə start verilib. Həmin görüşdə Leverkuzen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Bundesliqada 16 turdan sonra “Bavariya” 39 xalla liderlik edir. Münxenliləri 35 xalla “Bayer Leverkuzen” izləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə