İngiltərə Premyer Liqası: “Mançester Siti” yenə xal itirib

İngiltərə Premyer Liqasında XVIII tura start verilib.

SİA xəbər verir ki, son həftələrdə istədiyi nəticələri qazana bilməyən “Mançester Siti” doğma meydanda “Everton” ilə qarşılaşıb. Xosep Qvardiolanın komandası bu turda da xal itkisi ilə üzləşib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 14-cü dəqiqədə “şəhərlilər”in heyətində Bernardu Silva açıb. Qonaqların qoluna isə 36-cı dəqiqədə İliman Ndiaye imza atıb.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran “Mançester Siti” 6-cı sırada qərarlaşıb. “Everton” isə 17 xalla 15-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə