Qadın voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub

Qadın voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub

Qadın voleybolçular arasında Yüksək Liqanın IV turuna yekun vurulub.

SİA xəbər verir ki, “Gəncə” evdə UNEC-i 3:0, “Abşeron” isə son çempion “Azərreyl”i 3:1 hesabı ilə üstələyib.

İlin son turuna “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal" oyunu ilə yekun vurulub. Burada birincilər 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 11 xalla “Abşeron” başçılıq edir. Son çempion “Azərreyl” 8 xalla 2-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə