Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək. Federasiyadan SİA-ya verilən məlumata görə, yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.
Kubokda akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar proqramı üzrə öz qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, "Rektor Kuboku" dekabrın 19-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə