Naxçıvan Şahmat Federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, əsası 2002-ci ildə qoyulan federasiya bu gündən fəaliyyətini dayandırıb və ləğv olunub.

Bununla bağlı qurumun rəsmi feysbuk hesabında paylaşım edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov idi.

Bütün xəbərlər Facebook səhifəmizdə