Stanislav Çerçesov Qazaxıstanda da yarıtmadı..?

Qazaxıstan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında Sloveniya millisinə uduzub.

SİA-nın əldə etdiyi məlumata görə, Almatıda baş tutan görüş 0:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Beləliklə, Qazaxıstan yığması rusiyalı Stanislav Çerçesovun rəhbərliyi altında ardıcıl 3-cü görüşdə məğlub olub.

Bundan əvvəl Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov Millətlər Liqasındakı uğursuzluqdan sonra Çerçesovun ölkə yığmasının baş məşqçisi kimi gələcəyini dəyərləndirib.

Barmenkulov bildirib ki, federasiya Çerçesova kart-blanş verib.

Qeyd edək ki, Çerçesov 2024-cü ilin iyununda Qazaxıstan millisinə rəhbərlik etməyə başlayıb.

Onun əvvəlki iş yeri macarların “Ferencvaros” klubu olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə