U-23 millisi son matçını keçirəcək

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu matçını keçirəcək. SİA xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, milli qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, ikinci görüşdə isə Hindistan yığmasından üstün olub - 16:0.

Bütün xəbərlər Facebook səhifəmizdə