Asim Xudiyev UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turunda keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C Liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə