Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən Vladimir Litvintsev Qazaxıstanın Astana şəhərində keçirilən “Denis Ten Memorial Challenge” turnirində qüvvəsini sınayıb. SİA xəbər verir ki, o, qısa və sərbəst proqram üzrə çıxış edib.

V.Litvintsev 246.00 xal toplayaraq, yekun nəticədə 12 idmançı arasında 2-ci yeri tutub və gümüş medala sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə