"Sabah" komandası heyətini yeni basketbolçu ilə gücləndirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, "tələbələr" Ramiz Quliyevin keçidini rəsmiləşdirib. 22 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, R.Quliyevin son klubu "Sərhədçi" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə