Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəyə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi İngiltərəyə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yığma İspaniyanın Kadis şəhərində İngiltərə kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan seçməsinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolları Sabir Allahquliyev (2), Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Qeyd edək ki, A qrupunda yer alan yığmamız oktyabrın 5-də Bakı vaxtı ilə saat 14:45-də Gürcüstan, iki gün sonra isə saat 20:00-da İspaniya ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə