Bu gün “Qarabağ” - “Malmö” matçı var

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq. SİA xəbər verir ki, “köhlən atlar” doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası Liqa mərhələsi, II tur 3 oktyabr 20:45.

“Qarabağ” – “Malmö”

Xatırladaq ki, “Qarabağ” I turda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə