"Barselona" antirekordunu təkrarlayıb

İspaniyanın "Barselona" klubu antirekordunu təkrarlayıb. Kataloniya təmsilçisi bunu La Liqanın VIII turunda səfərdə "Osasuna" ilə oyunda reallaşdırıb. SİA xəbər verir ki, sözügedən qarşılaşmada 2:4 hesabı ilə uduzan komanda tarixində üçüncü dəfə bu rəqib ilə matçda qapısında dörd top görüb.

"Barselona" 1936 və 1984-cü illərdə də "Osasuna"ya 2:4 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə