Dünya çempionatı: Azərbaycan akrobatlarından növbəti qızıl medal

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti medalı qazanıblar.

SİA xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar daha əvvəl qarışıq hərəkətlərdə birinci yeri tutublar.

Qeyd edək ki, ötən gün akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə