“Fənərbağça”nın sabiq futbolçusu qızıldan olan evinin qiymətini açıqladı
“Fənərbağça”nın keçmiş hücumçusu Emmanuel Emenike maraqlı açıqlama verib. SİA xəbər verir ki, o, Nigeriyadakı evinin qiymətini açıqlayıb: “Bu mənim evimdir. Çox futbol oynadığım üçün belə bir ev tikməyi bacardım. Burada çoxlu qızıl var. Hamısı Misirdən gətirilib. Dəqiq deyə bilmərəm, evin qiyməti hardasa milyon və ya milyon yarım dollar civarındadır”.
Qeyd edək ki, Emenike 2013-2017-ci illərdə “Fənərbağça”da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə