Birinci sərbəst yürüşdə qısa fasilə olub, trasa dəmir parçası düşüb - Formula 1
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşündə qısa fasilə yaranıb. SİA-nın məlumatına görə, buna trasa dəmir parçasının düşməsi səbəb olub.
Təxminən 6 dəqiqəlik fasilədən sonra yarış bərpa edilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə