Azərbaycan Cüdo Federasiyası Gəncədə "ustad dərsi" təşkil edib. Qurumdan SİA-ya verilən məlumata görə, milli kata komandasının üzvü Samir İsmayılov və digər təcrübəli idmançılar müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib, onları göstərilən fəndləri sınamağa çağırıblar.
İştirakçılar üçün viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə