Azərbaycanın kamandan oxatanları beynəlxalq turnirdə gümüş medal qazanıblar - FOTOLAR

Azərbaycan kamandan oxatanları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar. SİA xəbər verir ki, Fatimə Hüseynli qadınlardan ibarət fərdi yarışda ikinci yeri tutub.

F.Hüseynli eyni zamanda Məhəmmədəli Əliyevlə birlikdə qarışıq komanda yarışında fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə