"Gələcək yarışlarda da bayrağımızı qaldırıb ölkəmizi ən uca zirvələrdə tutarıq" - İDMANÇI SİA-YA FİKİRLƏRİNİ BÖLÜŞDÜ

“Məlumdur ki, XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə ölkəyə qayıtdıqda cənab Prezident İlham Əliyev bizi qəbul etdi. Dövlət başçısının bizi mükafatlandırması onun idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Həsrət Cəfərov sözlərinə belə davam edib: “Gənclərə bir sıra tövsiyələrim var. Düşünürəm ki, uşaqlar idmana kiməsə baxaraq həvəs göstərir. Lakin bir sıra valideynlər bu həvəsə ötəri yanaşır. Məncə, valideynlər bu işdə məsuliyyətli olmalıdırlar. Çünki uşaq təkbaşına bunu edə bilməz, valideyn ona dəsdək olmalıdır.

Həmçinin, məşqçi seçimində də çox diqqətli olmaq lazımdır. Potensiallı ünvanlara üz tutmaq lazımdır.

Bizə gəldikdə isə mən inanıram ki, gələcək yarışlarda da bayrağımızı qaldırıb ölkəmizi ən uca zirvələrdə tutarıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə