Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu futbolçusu Aleks Telleslə yollarını ayırıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı cinah müdafiəçisinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
"Əl-Nəsr"də portuqaliyalı futbolçu Kriştianu Ronaldu ilə birgə çıxış edən Telles daha əvvəl "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Portu" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə) və "Sevilya" (İspaniya) klublarının şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB