“Paris-2024”: Bu gün fəxri kürsüdə iki azərbaycanlı güləşçi olacaq

Ukraynanı təmsil edən Azərbaycan əsilli yunan-Roma güləşçisi Pərviz Nəsibov (67 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

SİA xəbər verir ki, finalda məğlub olan idmançı ikinci yerlə kifayətlənib.

Bu isə o deməkdir ki, bu gün fəxri kürsüdə iki azərbaycanlı güləşçi olacaq. Çünki bu çəkidə bürünc medallardan birinə Azərbaycan millisinin üzvü Həsrət Cəfərov sahib çıxıb. İdmançımız yarımfinalda məhz P.Nəsibova uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə