"Sabah” klubu bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı təmsilçisi öz meydanında "Makkabi"ni (Hayfa, İsrail) qəbul edəcək.
"Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Matç slovakiyalı referi Peter Kraloviçə tapşırılıb.
Bu komandaların ilk oyunu "Sabah"ın 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, "Sabah" "Makkabi"ni mübarizədən kənarlaşdıracağı halda, III təsnifat mərhələsində "Sent-Patriks Atletik" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. “Sabah” - “Makkabi” - 3:5 (Əlavə vaxt) (Ümumi hesab - 6:5)
Qollar: Şafranko, 47, Parris, 71, Lins-Mikels, 103 // Haziza, 17, Pyerro, 67, Simiç, 70, Refaelov, 73, Pyerro, 90+1
Hakimlər: Peter Kraloviç, Tomaş Starka, Matey Zemko, Boris Marhefka (Slovakiya)
İlk oyun: 3:0
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev (k), 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 13. İvan Lepiniça, 8. Ayaz Quliyev, 70. Cesse Sekidika, 28. Kahim Parris, 20. Coy Lins-Mikels, 18. Pavol Şafranko.
Baş məşqçi: Krunoslav Renduliç.
“Makkabi”: 40. Şarif Keuf, 27. Pyerr Kornud, 34. Aleksandr Sirota, 44. Lorenso Şimiç, 2. Daniel Sandqrin, 26. Mahmud Caber, 4. Ali Mohammed, 8. Dolev Haziza, 6. Qadi Kinda, 91. Dia Sabia, 9. Frantsdi Pyerro.
Baş məşqçi: Barak Baxar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB