Əfsanə Olimpiya kəndində qalmayacaq

Əfsanə Olimpiya kəndində qalmayacaq

Dünyanın tennisinin əfsanələrindən biri olan Novak Cokoviç Serbiya millisi ilə Paris-2024-ün Olimpiya kəndində qalmaq fikrində deyil. SİA xəbər verir ki, Tennisçi Tokio 2020-də olduğu kimi Olimpiadaya fərdi hazırlaşmaq və daha az diqqət mərkəzində olmaq niyyətindədir. Serbiya nümayəndə heyəti də xəbəri təsdiqləyib. Paris-2024-də tennis yarışları İyulun 27-də başlayacaq və avqustun 4-dək davam edəcək.

Qeyd edək ki, Cokoviç son olaraq “Uimbldon”da çıxış edib. Turnirdə finalına çıxsa da, Karlos Alkaraza uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə