“Sabah” - “Çukariçki” matçında hesab açılmadı

“Sabah” - “Çukariçki” matçında hesab açılmadı

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünə çıxacaq. Bakı klubu Serbiya təmsilçiis “Çukariçki” ilə qarşılaşacaq.

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünə çıxıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı klubu Serbiya təmsilçiis “Çukariçki” ilə qarşılaşıb.

“Sports park Radomlje”də baş tutan qarşılaşmada qapılara qol vurulmayıb,

Bu, "Sabah”ın Sloveniya toplanışı çərçivəsində ikinci sınaq görüşü olub. Komanda dörd gün əvvəl yerli “Koper” üzərində 1:0 hesablı qələbə qazanıb.

Yoxlama görüşü
10 iyul

“Sabah” – “Çukariçki” (Serbiya) - 0:0
“Sports park Radomlje”

Bütün xəbərlər Facebook səhifəmizdə