Tomas Müller Almaniya millisindəki karyerasını bitirib

Tomas Müller Almaniya millisindəki karyerasını bitirib

“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bitirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu qərarı Avropa çempionatının 1/4 final mərhələsində İspaniyaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra verib.

T.Müller Almaniya millisində 2010-cu ilin martında debüt edib. O, Bundestimin heyətində 131 oyuna çıxıb və 45 qol vurub. Eləcə də 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə