"Qalatasaray" ona görə 5 milyon təklif etdi

"Qalatasaray" ona görə 5 milyon təklif etdi

Türkiyənin "Qalatasaray" klubu İtaliyanın "Udineze" klubunda forma geyinən Festi Ebosele üçün danışıqlar aparır. SİA xəbər verir ki, "Sarı-qırmızılar" İtaliya təmsilçisinə transfer üçün 5 milyon avro təklif edib.

21 yaşlı irland futbolçu ötən mövsüm 32 oyunda forma geyinib. Cəmi 1 məhsuldar ötürmə ilə yadda qalan Festinin "Udineze" ilə müqaviləsi 2027-ci ildə bitəcək. İrlandiyalının bazar dəyəri isə 6 milyon avroya bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə