"Qarabağ" "Viktoriya" ilə bu heyətlə çıxır

"Qarabağ" "Viktoriya" ilə bu heyətlə çıxır

"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində bu gün Çexiyanın "Viktoriya" klubu ilə keçiriləcək yoxlama oyunu üçün start heyəti açıqlanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı tərkivdə çıxacaq:

"Qarabağ": Fabian Buntiç, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Yasin Benzia, Leandro Andrade, Abdullah Zubir, Olaviyo Yuninyo

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 9. Musa Qurbanlı, 17. Hamidu Keyta

Göründüyü kimi, "Qarabağ" Plzen klubu ilə görüşə əsas heyətlə çıxır. Komanda bu gün 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern" ilə keçirilən görüşə az şans qazanan futbolçularla çıxmışdı. Həmin oyunda "Qarabağ" rəqibinə 1:3 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə