Mbappe Fransanın AVRO-2024-ün qalibi olmaq şanslarını dəyərləndirib

Fransa millisinin hücumçusu Kilian Mbappe onların 2024-cü ildə Avropa çempionu olmaq şansları ilə bağlı fikirlərini bölüşüb. Məşqdə hər şey əla gedir. Biz hazırıq.

Fransa millisinin hücumçusu Kilian Mbappe onların 2024-cü ildə Avropa çempionu olmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bu barədə “RMC Sport”a danışıb.

“Mən gələcəyi proqnozlaşdırmıram. İndiyə qədər bütün mərhələləri keçə bilmişik. Qələbə qazanmaq üçün oynadıq, ambisiyalarımızı nümayiş etdirdik. İndi biz yalnız Portuqaliyaya diqqətimizi cəmləşdirmişik.

Avropa çempionatında rəqabət çətindi. Burada ancaq böyük komandalar var, hər şey detallardan asılı olacaq. Onlar da çox çalışıblar. Yarımfinala vəsiqəmizi təmin etmək istəyirik. Məşqdə hər şey əla gedir. Biz hazırıq”.

Xatırladaq ki, Fransa Portuqaliya ilə sabah qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə