"İspaniya millisi uşaqlardan ibarətdir"

“İspaniyanın qrup mərhələsində yaxşı nəticələrini gördük. Texniki baxımdan yəqin ki, bizdən üstündürlər. Ancaq onların futbolçuları yaşca kiçik və təcrübəsizdirlər".

SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın əfsanəvi qapıçılarından olan Yens Lemann "Welt"ə açıqlamasında deyib.

Almaniya millisinin Av2-2024-ün 1/4 finalında İspaniya ilə keçirəcəyi oyun haqda danışan keçmiş qolkiper bildirib ki, rəqib futbolçularının yaşlarının az və təcrübəsiz olmaları onlar üçün üstünlükdür:

"Bu uşaqlardan ibarət komandadır. Onların çox gənc futbolçuları var. İspaniyanın hazırkı millisinin beynəlxalq turnirlərdə o qədər də təcrübəsi yoxdur".

Qeyd edək ki, iyulun 5-də keçiriləcək İspaniya - Almaniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə