Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulub. SİA xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, idmançının 297 milyon rubl (5 milyon 880 min 600 manat) manat vergi borcu olduğu üçün onun hesabları dondurulub.

Həmçinin Nurməhəmmədovun xeyriyyə hesablarına da həbs qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə