Dünyanın ən yaxşı 10 qapıçısı

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri son yenilənmələrə əsasən, dünyanın 10 ən yaxşı qapıçısının siyahısını təqdim edib.

Qeyd edək ki, birinci yerdə Braziliya millisinin və “Liverpul”un qapıçısı Alison Bekkerdir. İkinci sıranı Braziliya millisinin və “Mançester Siti”nin üzvü Ederson Moraes tutub. İlk "3-lüy"ü Almaniya yığmasının və “Barselona”nın qolkiperi Mark-Andre ter Ştegen tamamlayır.

Dünyanın ən yaxşı 10 qapıçısı:

Alison Bekker (Braziliya, "Liverpul");

Ederson Moraes (Braziliya, "Mançester Siti");

Mark-Andre ter Ştegen (Almaniya, "Barselona");

Mik Maignan (Fransa, "Milan");

Manuel Noyer (Almaniya, "Bavariya");

Canluici Donnarumma (İtaliya, PSJ);

Yan Oblak (Sloveniya, "Atletiko")

Emiliano Martinez (Argentina, "Aston Villa");

Yan Sommer (İsveçrə, "İnter");

Giorgi Mamardaşvili (Gürcüstan, "Valensiya").

Bütün xəbərlər Facebook səhifəmizdə