Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan güləşçiləri Polşanın paytaxtı Varşavada beynəlxalq turnirdə uğurla çıxış ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə millinin üzvləri Sabir Cəfərov (70 kiloqram), Əşrəf Aşırov (79 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) təmsil ediblər. Sabir və Abubakr qızıl, Əşrəf isə gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə