Avro 2024: Şotlandiya - İsveçrə matçında qalib müəyyənləşməyib

Avro 2024: Şotlandiya - İsveçrə matçında qalib müəyyənləşməyib

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

SİA xəbər verir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Şotlandiya seçməsində Skott Mktominay, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə