Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün qrup mərhələsində II turun oyunlarına start verilib.
Günün ilk görüşündə B qrupunda Xorvatiya ilə Albaniya milliləri bərabərə qalıb – 2:2.
Digər iki görüş isə A qrupunda baş tutub. Almaniya Macarıstan üzərində inamlı qələbə qazanaraq pley-offa vəsiqəni təmin edib. Qrupun digər görüşündə isə Şotlandiya İsveçrə yığması heç-heçə edib.
AVRO-2024
19 iyun
B Qrupu
Xorvatiya – Albaniya - 2:2
Qollar: Kramariç, 74, Qyasula, 76 (a.q) // Laçi, 11, Qyasula, 90+5
Hamburq, “Folksparkştadion” stadionu.
A Qrupu
Almaniya – Macarıstan - 2:0
Qollar: Musiala, 22, Gündoğan, 67
Ştutqart, “MHP Arena”stadionu.
Şotlandiya – İsveçrə - 1:1
Qollar: Şer, 13 (a.q) // Şaqiri, 26
Köln, “Reyn Enerqi” stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB