AVRO-2024: Xorvatiya Albaniya ilə bərabərə qaldı, Almaniya Macarıstana qarşı

AVRO-2024: Xorvatiya Albaniya ilə bərabərə qaldı, Almaniya Macarıstana qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatı davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Günün ilk görüşündə B qrupunda Xorvatiya ilə Albaniya milliləri qarşılacaq.

Digər iki görüş isə A qrupunda baş tutacaq. Almaniya Macarıstanla, Şotlandiya isə İsveçrə yığması ilə qarşılaşacaq.

AVRO-2024
19 iyun

B Qrupu

Xorvatiya – Albaniya - 2:2
Qollar: Kramariç, 74, Qyasula, 76 (a.q) // Laçi, 11, Qyasula, 90+5
Hamburq, “Folksparkştadion” stadionu.

A Qrupu

20:00. Almaniya – Macarıstan
Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya – İsveçrə
Köln, “Reyn Enerqi” stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə