“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

“Zirə” komandası yeni futbolçu ilə anlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, “qartallar” “Kəpəz”dən Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə