Azərbaycanın sərbəst güləşçisi reytinq turnirini medalsız başa vurub
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində medal qazana bilməyib. SİA xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda iranlı Əliabbas Rezayeyaquzgeleye məğlub olub. Rəqibi finala çıxa bilmədiyi üçün T.Bayramov turnirlə vidalaşıb.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB