Türkiyə Superliqasında vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. SİA xəbər verir ki, pley-off mərhələsinin finalında “Sakaryaspor” və “Bodrumspor” klubları üz-üzə gəliblər. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən matçda əlavə 30 dəqiqə oynanılıb. Burada rəqibin qapısından daha iki top keçirən Bodrum təmsilçisi tarixində ilk elitaya yüksəlib.
Qeyd edək ki, daha əvvəl I Liqanın çempionu “Eyüpspor” və ikinci yeri tutan “Göztəpə” Superliqaya vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB