"Araz-Naxçıvan" yeni müqavilə bağlayıb

"Araz-Naxçıvan" yeni müqavilə bağlayıb

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu - Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə yeni müqavilə bağlayıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adları qeyd olunan futbolçular 2024/2025 mövsümündə də komandanın heyətində yer alacaqlar.

Qeyd edək ki, daha bir neçə futbolçu ilə danışıqlar aparan “Araz-Naxçıvan” buna qədər Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə