Çempionlar Liqasının 2026-cı ildə keçiriləcək final oyununun stadionu

2026-cı ildə UEFA Çempionlar Liqasının final görüşünə ev sahibliyi edəcək stadionun adı açıqlanıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək.

Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Qeyd edək ki, 2025-ci ildə Çempionlar Liqasının finalı Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə