Azərbaycanlı avarçəkən beynəlxalq reqatada qızıl medal qazanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Prezident Kuboku 2024” beynəlxalq reqatasında azərbaycanlı avarçəkən qızıl medal qazanıb. SİA xəbər verir ki, 500 metr məsafədə yarışan Əlimurad Hacızadə bir nəfərlik kayakla bütün rəqiblərini qabaqlayıb.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası mayın 3--də başa çatacaq.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə