UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. SİA xəbər verir ki, "Marsel" Fransada İtaliyanın "Atalanta" kollektivini qəbul edəcək.

Marsellilər 1/4 finalda Portuqaliya təmsilçisi "Benfika"nı üstələyib. "Atalanta" isə İngiltərə nəhəngi "Liverpul"dan güclü olub.

Digər matçda "Roma" və "Bayer 04" komandaları güclünü ayırd etməyə çalışacaqlar. Ötən mövsüm Avroliqada finala qədər irəliləyən və həlledici görüşdə "Sevilya"ya məğlub olan "canavarlar" bu dəfə kuboku başı üzərinə qaldırmağı düşünür.

Cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində 4 dəfə "Qarabağ"la üz-üzə gələn "Bayer 04" isə məğlubedilməzlik seriyasını davam etdirmək istəyir. "Roma" ilə matçda da uduzmaza, Xabi Alonsonun komandasının yenilməzlik seriyası 47 oyuna çatacaq.

UEFA Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may
23:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)

"Velodrom" stadionu

23:00. "Roma" (İtalya) - "Bayer 04" (Almaniya)

Roma Olimpiya stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə