Avropa çempionu olmuş Azərbaycanın ilk qadın şahmatçısı vətənə qayıdıb

Yunanıstanda Avropa çempionatında qalib olmuş Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva vətənə qayıdıb. SİA-nın məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar. Xatırladaq ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olmuş 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanmış Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Şahmatçının əldə etdiyi tarixi uğur münasibətilə birinci vitse-prezidenti Mehriban Əliyeva da onu təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə