İsfahanın “Traktor” klubu cərimələndi

İranda “Sepahan” komandası ilə görüşdən sonra İsfahanın “Traktor” klubu cərimələnib. SİA xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının İntizam Komitəsi elan edib.

Bildirilib ki, qərara səbəb “Traktor” klubunun oyuna biletləri pulsuz etməsidir. Bu “oyun qaydalarının pozulması və tamaşaçı tutumundan artıq pulsuz biletlərin elan edilməsi” kimi qiymətləndirilib və klub 1 milyard rial (təxminən 40,5 min manat manat) məbləğində cərimələnib.

O da vurğulanıb ki, qərardan şikayət verilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə